​Roza Zərgərlinin maşını tanımadığı şəxsə verilir - AÇIQLAMA

Baxış sayı:
2467

Müğənni Roza Zərgərlinin “Maşın şou”da qazandığı avtomobilin aqibətinə aydınlıq gəlib.
Jurnalistlərin suallarını cavablandıran layihənin rəhbəri xalq artisti Murad Dadaşov bildirib ki, Rozanın qazandığı maşın tamaşaçıya veriləcək:
“Maşını hələ də saxlamışıq. İnsanların verdiyi səs boşa getməyib. Maşından Roza özü imtina etdi, biz nə edə bilərik? Rozanı da başa düşürəm. Onun üzərində o qədər göz-nəzər, söz-söhbət var ki...
İlk dəfə deyirəm ki, avtomobili tamaşaçıya verəcəyik. Bir formada yarış keçirəcəyik, tamaşaçıya təqdim edəcəyik”.
Qeyd edək ki, müğənni Roza Zərgərli “Maşın şou”da qazandığı avtomobili xeyriyyə məqsədilə bağışlayacağını demişdi.