“Röyanın arzusu ürəyində qalıb” - Rasim Balayev

Baxış sayı:
6304

Xalq artisti Rasim Balayev Əməkdar artist Röya Ayxanın onun barədə verdiyi açıqlamaya münasibətini bildirib. Muxalifet.az xəbər verir ki, məşhur aktyor müğənninin “Uşaqlıqda Rasim Balayevi sevirdim. Elə bilirdim ki, böyüyəndə ona ərə gedəcəyəm” sözlərinə belə şərh verib: “Bu barədə eşitmişəm. Bir dəfə toyların birində məni gördü, yaxınlaşıb dedi. Nə deyim, arzusu olub, amma ürəyində qalıb”. R. Balayev “Röyanı sənətçi kimi bəyənirsiz?” sualına “Belə də… Ortabab müğənnidir”- deyə cavab verib. Bu məqamda bildirək ki, R. Balayevin açıqlamasını "gecce.az" adlı instaqram səhifəsi paylaşıb.