Rövşənin adamını öldürən 2 azərbaycanlı yaxalandı - VİDEO

Baxış sayı:
5587

Ukraynanın Xarkov şəhərində azərbaycanlılara məxsus “Ağdam” restoranının qarşısında “Kalaşnikov” avtomatlarından atəş açaraq bir nəfəri öldürən, digərini yaralayan iki killer Moldovada yaxalanıb.
Muxalifət.az Kriminal.az-a istinadla xəbər verir ki, killerlər 26 və 32 yaşlarında iki Azərbaycan vətəndaşıdır. Onlar Moldova üzərindən Ukraynadan Türkiyəyə qaçmaq istəyərkən yaxalanıblar. Əməliyyatı xüsusi təyinatlılar həyata keçirib.
Kirayə mənzildə ələ keçənlər Ukraynada fəaliyyət göstərən mütəşəkkil cinayətkar qruplaşmanın ştatlı killerləridir. Killerlərin barəsində 72 saatlıq həbs qərarı seçilib, bundan sonra onların Ukraynaya təhvil verilməsi məsələsi həll ediləcək.
Saxlanılanların adları açıqlanmır, onlar Xarkovda sifarişli qətldə ittiham edilirlər.
Bu səs-küylü cinayət martın 29-da baş verib. "Kalaşnikov” avtomatları ilə silahlanmış iki killer avtomobillə axşam saatlarında "Ağdam” restoranının qarşısından keçərək həmin vaxt kafedən çıxan bir qrup qafqazlıya atəş açıb. Bu zaman Xarkov bazarlarından birində ticarətlə məşğul olan 32 yaşlı İsmayılov Zaur Əziz oğlu ölüb, əvvəllər qətlə görə məhkum edilmiş Gürcüstan vətəndaşı isə yaralanıb.
Avtomobildə killerlərdən başqa daha iki nəfər olub.
Bir müddət əvvəl Rusiya KİV-i xəbər vermişdi ki, Z.Əzizova hücum edənlər kriminal qruplaşmanın lideri Lotu Qulinin briqadasının üzvləridir. Briqadanın döyüşçüləri Rövşən Lənkəranskinin tərəfdarlarına atəş açıblar. Lakin Ukrayna hüquq-mühafizə orqanları bu hücumun Xarkovda miqrantların biznesindən aylıq haqq tələb edən “Şərq korpusu” adlı slavyan qruplaşması tərəfindən törədildiyini ehtimal edirdi.