​Rövşən Lənkəranskinin indiyə qədər yayılmayan VİDEOSU üzə çıxdı

Baxış sayı:
4965

Son günlər kriminal avtoritet Rövşən Lənkəranski yenidən mətbuatın gündəminə gəlib. Sosial şəbəkələrdə R.Lənkəranskinin məzarı başında ona bənzəyən şəxsin fotosunun yayılması sosial medianı çalxalayıb. Bir çox istifadəçilər bunun Lənkəranskinin özünün olduğunu iddia ediblər.
Rövşən Lənkəranskinin məhkəmə zalından görüntüsü yayılıb.Görüntülərin Ukraynada çəkildiyi qeyd olunur.Xatırladaq ki, məşhur qanuni-oğru Lənkəranski 27 yanvar 1975-ci ildə Lənkəran şəhərində polis ailəsində anadan olub.lk dəfə 1996-ci ildə 2 il müddətində həbs edilib. Baxmayaraq ki, hakim ona 12 il müddət vermişdi. Rövşən Caniyev atasının qatilini hakimin qabağında elə məhkəmə zalındaca güllələyib. Səbail rayon məhkəməsinin 4 mart 1997-ci il tarixli qərarı ilə cəzadan şərti azad olunub. 2000-ci ilin iyulunda yenidən məsuliyyətə cəlb olunub. Qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq odlu silah, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama maddəsi ilə ittiham olunub. Lakin məhkəmə onun barəsində psixi müalicəyə göndərilməsi barəsində qərar çıxarıb. 2001-ci ildə Sabunçu rayon məhkəməsinin qərarı ilə R.Caniyev cinayət məsuliyyətindən azad edilib.Rövşən Caniyev oğru aləmində "Rövşən Lənkəranski" kimi tanınır. 2002-ci ildə Rövşən barəsində cinayət işi təzələnir. Lakin Rövşən istintaqdan qaçıb gizləndiyinə görə, onun barəsində 1 iyul 2002-ci ildə axtarış elan olunub.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13-də Azərbaycana ekstradisiya olunub. Dövlət ittihamçısı R.Caniyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib.
2009-cu ilin dekabrın 3-də Ukrayna Respublikasında həbs olunub, dekabrın 13- də Azərbaycana ekstradisiya olunub.2010- cu ildə Ağır Cinayətlər Məhkəməsində Rövşən Lənkəranskinin məhkəməsi keçirilir. Bu məhkəmə prosesi ümumi məhkəmələrdən ciddi şəkildə fərqlənir. Maraqlı məqamlardan biri məhkəmənin açıq olmasına baxmayaraq, kənar adamların buraya buraxılmaması qaranlıq qalan məqamlardandır.
2010-cu ildə dövlət ittihamçısı R.Canıyevin 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də məhkəmə ona 2 il 10 ay 19 gün həbs cəzası kəsib və o azadlığa çıxıb. Bundan sonra Ukraynada yaşayıb.Lənkəranski 18 avqust 2016-cı ildə gecə Türkiyədə qətlə yetirilmişdir. Onunla bərabər sürücüsü də öldürülmüşdür. Lənkəranski Azərbaycan dövlət nömrə nişanlı avtomobildə olmuşdur. Maşının nömrəsi isə 90-ND-011-dir./oxu24