​Rövşən Lənkaranski ilə eyni gündə öldürülən azərbaycanlı “Qoca” kimdir – DOSYE

Baxış sayı:
15298

Azərbaycan “kriminal generalları” adlı rublikası davam edir. Muxalifet.az-ın Lent.az-a istinadən məlumatına görə, həmin “generallar”dan biri də “Qoca Yasamalinski” kimi tanınan Əlibala Həmidovdur. “Qoca” bu aləmin ən yüksək səviyyəsi hesab edilən “Qanuni oğru” tituluna malik olub və qürbətdə yaşayan azərbaycanlılar içərisində “böyük qardaş” kimi tanınıb. Bəs Əlibaba Həmidov kim olub? Əlibala Həmidov 1972-ci ildə noyabrında Bakıda Yasamalda dünyaya göz açıb. Uşaq vaxtlarında yaşıdlarından fərqlənən Həmidov ilk məhkumluğunu 20 yaşında yaşayıb. 1992-ci ildə Bakı məhkəməsi gənc Əlibalanı 14 il müddətinə azadlıqdan məhrum edib. Həbsdə olduğu vaxtda dustaqlar arasında böyük hörmətə malik olub. Onun özünü aparması, “panyatkası”, oğru aləminin qanunları hərəkət etməsi ilə seçilib. Əlibala Həmidov 14 il azadlıqdan məhrum edilməsinə baxmayaraq 5 il sonra 1997-ci ildə azadlığa çıxıb. Əlibala Həmidov azadlığa çıxandan dərhal sonra Azərbaycanı tək edərək, “oğruların şəhər”i olan Moskvaya üz tutub. Burda azərbaycanlı digər kriminallarla birgə fəaliyyət göstərməyə başlayıb. Moskvada böyük “razborkalar”da iştirak edib. Bunun nəticəsində 1998-ci ildə “Seymur Nardaranski” kimi tanınan Mirseymur Abdullayev təşəbbüsü ilə Əlibala Həmidov “qanuni oğru” adı ilə verilib. 26 yaşında oğru aləminin ən yüksək pilləsinə çıxan Əlibala “Qoca”, “Qoca Bakinski”, “Qoca Yasamalinski” ayamaları tanınmağa başlayıb. Mirseymur Abdullayevin o zamanki “oğru aləmin şahı” hesab edilən Aslan Usayonla (Ded Xasan) çox yaxşı münasibətləri olub. Bunun müqabilində “Qoca” da Moskva mərkəzində olan rayonların birinə “əmir” təyin edilib. Burda olan qara işlər hamısı ona tapşırılıb. 2000-ci ildə Moskvanın Paveletskaya meydanın yaxınlığında “Qoca” polis tərəfindən saxlanılır. Onun üzərində narkotik maddə aşkarlanıb. Həmin vaxtı Əlibaba Həmidov həbsxanaya göndərilir. Lakin həmin il aministiyaya düşürərək azadlığa qovuşub. 2001-ci ildə azərbaycanlı “oğru”ların "sxodka"sı keçirilir. Bu "sxodka"da “Mirseymur Nardaranski”, “Sabirabadlı Hikmət”, “Masallı Mamed”, Çingiz Axundovla yanaşı “Qoca”da iştirak edir. Həmin "sxodka"da bazarlarda olan azərbaycanlılara dəstək olmaq müzakirə edilir. Həmçinin həmin "sxodka" zamanı daha bir azərbaycanlıya - Vaqif Süleymanova(Vaqif Diplomat)a “qanuni oğru” adı verilir. Əlibaba Həmidov 2003-cü ildə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun adının alınmasına dəstək verən azərbaycanlı oğrulardan olub. Həmin vaxtı “Lotu Quli”nin böyük qardaş “Sabirabadlı Hikmət”ə əl qaldırması onun adının alınması ilə nəticələnib. Məhz o zamandan “Qoca”ın “Lotu Quli” münasibətləri korlanıb. “Qoca” haqqında məlumatlarda onun “Otar Marneulski” kimi tanınan Otar Bədəlovla düşmən olduğu bildirilir. Onu da qeyd edək “Lotu Quli” ilə münasibətlərin korlanmasının mərkəzində elə Otar Bədəlov durur. Çünki, Otar Bədəlovun Nadir Səlifovla çox yaxın dostluq münasibətləri olub. Məhz “Quli” ayamasını ona Otar Bədəlovu dediyi bildirilir. 2003-cü ilin sonlarında Mirseymur Nardanlının öldürülməsindən sonra “Qoca”ın yükü daha çoxalır. Bir çox obyektlərə nəzarət onun tərəfindən idarə edilməyə başlanılır. Əlibala Həmidov “Vaqif Diplomat”la yanaşı digər azərbaycanlı kriminalların - “Rəşad Gəncinski”, “Emin Hacıqabulinski”, “Rafiq Masallinski” ad vermə mərasimində iştirak edib. Onların “qanuni oğru” adı almasına qol çəkib. Bundan başqa “Qoca” 14-dən çox qanuni oğrunun ad almasında iştirak edib, xeyr-dua verib. 2005-2010-ci illər arasında bir neçə dəfə saxlansa da, müxtəlif yollarla azadlığa çıxıb. 2010-cu ildə Ukraynada saxlanılan “Qoca” tez bir zamanda Rusiyaya ekstradisiya edilib. Çünki Əlibala Həmidov həmin vaxt Rusiya vətəndaşı olub. Məhkəmə onun narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilib 8 ay azadlıqdan məhrum edir. 2012-ci ildə yenidən “Qoca” Moskvada saxlanılır. Qaqarin rayon məhkəməsi bu dəfə ona 10 ay cəza kəsir. "Ded Xasan"ın öldürülməsindən sonra onun varisləri ilə “Qoca” arasında soyuq müharibə başlayır. O zaman mətbuatda yazılanlara görə, “Qoca” “Ded”in ölməsindən istifadə edərək onun 15 böyük obyektini öz əlinə keçirib. “Ded Xasan”ın klanı “Qoca”ya qarşı müharibəyə başlayır. Klan “Qoca”ın aradan götürülməsi ilə bağlı qərar qəbul edir. Eyni zamanda həmin vaxtı Əlibabanın “ Lotu Quli” ilə də münasibəti kəskin pis olub. 2013-cü ilin avqust ayının 18-də İstanbulda Əlibala Həmidov qətlə yetirilir. Lakin onun “Ded”in tərafdarları və yaxud “Lotu Quli” tərəfindən öldürməsi məlum deyil. Qeyd: 2016-cı ilin məhz avqust ayının 18-də digər azərbaycanlı “vor zakon” “Rövşən Lənkəranski” İstanbulda öldürülüb. Hər iki avtoritetin həmin günü, eyni şəhərdə öldürülməsində heç də təsadüf olmadığı qeyd edilir. Həmin zaman qətlin təfərrüatları Azərbaycan mətbuatında geniş yazılıb. Məlumatda bildirilib ki, “Lotu Qoca” öldürüldüyü gün İstanbuldakı kafelərin birində avtoritet Adəm Avarski, sinif yoldaşı, avtoritet Hacıbaba və başqa bir nəfərlə çörək yeyərkən qəfildən ona zəng gəlib. Zəng edən şəxs onu küçəyə çağırıb. “Qoca”nın küçəyə çıxması ilə güllələnməsi isə cəmi bir neçə saniyə çəkib. “Lotu Qoca” küçəyə çıxdıqdan 3-4 saniyə sonra 3 nəfər onu güllələyərək qaçıb. Onun meyitinin gətirilməsi kriminal aləmdə tanınan sima olan Adəm Avarskinin müşayiəti ilə həyata keçirilib. Cənazə 30-a yaxın avtoritetin müşayiəti ilə Bakı hava limanında qarşılanıb və Yasamal rayonu Şərifzadə küçəsinə gətirilib. Avqustun 20-də axşam məşhur avtoritet Qoca Yasamalinski həmin ünvandan son mənzilə yola salınıb. Mərhum Yasamal qəbiristanlığında dəfn edilib.