“Rossiya24” telekanalının erməni müxbiri Ukraynadan qovulub

 Ukrayna Rusiyanın 115 müxbirinin akkreditasiyasını ləğv edib
 
Rusiya Dövlət Televiziya və Radio Şirkətinin (DTRŞ) xüsusi müxbiri Tamara Nersesyan Ukrayna ərazisindən qovulub.
RİA "Novosti” xəbər verir ki, onun qovulmasının səbəbi hələlik məlum deyil.
T.Nersesyan “Rossiya24” telekanalında işləyir.
Məlumata görə, 2015-ci ilin martından rəsmi Kiyev Rusiyanın 115 müxbirinin Ukrayna ərazisindəki fəaliyyəti ilə bağlı akkreditasiyasını ləğv edib. Bundan başqa, Rusiyanın əsas telekanallarının Ukraynada yayımı qadağan olunub.