​Ronaldunun təcavüz rəzaləti ilə bağlı etirafları — “İstəmədiyini dedi, amma cinsi əlaqəyə icazə verdi”

Baxış sayı:
3514

Ulduz futbolçu Kriştianu Ronaldunun 2009-cu ildə Las Veqasda Katrin Mayorqa adlı qadına təcavüz etməsi iddiası ilə bağlı aparılan araşdırmalar zamanı şok detallar üzə çıxıb.
Muxalifet.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın “Der Spiegel” qəzeti Ronaldunun bu hadisə barədə etiraflarını yayıb. 
“Onunla tərs pozada cinsi münasibətə girdim. İcazə verdi. Üzü üstə yatağa uzandı. Mən də arxasında idim. 5-7 dəqiqə çəkdi. İstəmədiyini dedi, amma etməyimə də icazə verdi. Hər şey çox tez baş verdi. Birdən məni itələdi və “xeyr, etmə, mən digərləri kimi deyiləm” deyə danışmağa başladı. Cinsi əlaqə ərzində bir neçə dəfə dayanmağımı istədi. Hər hansı kömək çağırışı etmədi”, - deyə futbolçu etiraf edib.
Alman qəzeti 2009-cu ildə Ronaldunun həbsdən necə qurtulmasının detallarını da açıqlayıb. Komanda vəkillərinin hamısının Ronaldu üçün işlədiyini vurğulayan qəzet, xüsusən vəkil Karlos Orosionun etdiklərini çap edib.
Yazılanlara görə, Osorio Ronalduya Veqasdan özəl bir dedektiv (saatına 475 dollar), iki portuqaliyalı vəkil, Londondan bir hüquqşünas tutub. 
Bu etirafların ortaya çıxmasından sonra futbolçunun nə cavab verəcəyi maraqla gözlənilir.