Ronaldu izləyicilərinə koronavirusla bağlı müraciət etdi

Baxış sayı:
3803

Turin "Yuventus”unun və Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldu özünün "Twitter"dəki səhifəsində izləyicilərinə koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması üçün qaydalara əməl etmələrini xahiş edib.

“Report” xəbər verir ki, futbolçu hər kəsi özünü qorumağa çağırıb.

"Salam, uşaqlar. Sadəcə özümüzü və yaxınlarımızı qorumaq üçün hamımızın yerinə yetirməli olduğu addımlar haqqında kiçik məlumat və xatırlatma. Zəhmət olmasa özünüzü qoruyun”, - Ronaldu yazıb. 

O, statusuna #evdəqal və #özünü qoru heşteqlərini də əlavə edib.

 

 

Ronaldu əsasən 6 qaydanı xatırladıb: 1. Əlləri spirt tərkibli vasitəylə tez-tez silin və ya sabunla yuyun. 2. Məsafə (minimum 1 metr) saxlayın. 3. Gözə, buruna və ağıza əllərinizlə toxunmayın. 4. Öskürən zaman ağzınızı dəsmalla və ya dirsək bükümü ilə örtün. 5. Yüksək temperatur, öskürək və ya çətin nəfəs alma zamanı həkimə mümkün qədər tez müraciət edin. 6. Xəbərləri izləyin və həkiminizin məsləhətlərinə əməl edin.