Ronaldu anasına bahalı avtomobil hədiyyə etdi - FOTO

Baxış sayı:
1387

Portuqaliya millisinin və İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu anası Dolores Aveyrunu bahalı hədiyyə ilə sevindirib.

Bu barədə D.Aveyru şəxsi "Instagram" səhifəsində bildirib.

35 yaşlı hücumçu Analar günü münasibətilə valideyninə "Mercedes GLC Coupe" avtomobili hədiyyə edib.

Təqribən 100 000 avro dəyəri olan maşının qarşısında şəkil çəkdirən Ronaldunun anası bunu sosial şəbəkə hesabında paylaşıb və oğluna təşəkkür edib.
/Report