Ronaldu 300-cü qolu ilə "Real"a qələbə qazandırdı

Baxış sayı:
1744

İspaniyanın futbol çempionatının 27-ci turu çərçivəsində "Real" "Xetafe"ni qəbul edib.
Matç 3:1 hesabı ilə meydan sahiblərinin qələbəsilə başa çatıb.
Meydan sahiblərinin heyətində Qaret Beyl (24-cü dəqiqədə) və Kriştianu Ronaldu (45, 78-ci dəqiqədə) fərqləniblər. Qonaqların heyətində Fransisko Portilyo (65-ci dəqiqədə) penalti ilə hesab arasındakı fərqi azaldıb.
Ronaldu bununla İspaniya çempionatındakı 286 oyunda 300-cü və 301-ci qolunu vurub. Portuqaliyalı oyunçu turnirin tarixində qollarının sayına görə ikinci olub.
"Real" bununla 54 xal toplayaraq, turnir cədvəlində 3-cü yerdə qərarlaşıb. "Xetafe" isə 36 xalla 10-cu yerdə mövqe tutub.