​Ronaldonun adı hava limanına verildi

Madeyra adasının hava limanı ulduz futbolçunun adını daşıyacaq. Hurriyyet.org xarici mediaya istinadən xəbər verir ki, söhbət Madrid “Real”ının və Portuqaliya yığmasının oyunçusu Kriştiano Ronaldodan gedir.
Bu barədə Madeyra Regional Hökumətinin sədri Migel Albukerke məlumat verib. O bildirib ki, Ronaldo Madeyranın şəhəri olan Funşalda anadan olduğundan, bu addımı atmağa qərar verilib.
Qeyd edək ki, Ronaldo dünən doğma şəhəri olan Funşala səfər edərək, yeni inşa olunan 5 ulduzlu otelinin açılışına qatılıb.