Ronaldonun 2 milyonluq saatı

Baxış sayı:
4822

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kristian Ronaldo Çempionlar Liqasında "Mançester Yunayted"lə səfərdə oynayacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında bahalı saatı ilə diqqət çəkib.
Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı superulduzun qolunda olan saatın qiyməti təxminən 2 milyon avrodur. Saat Jacob & Co Cavair Tourbillion seriyasına aiddir və 424 parça briliyyantla bəzədilib.
Qeyd edək ki, K. Ronaldo 2013-cü ildən bəri bu firmanın bahalı məhsullarını reklam edir.