Ronaldodan Modriçə qarşı böyük jest

Portuqaliyalı matç bitdikdən sonra sevinmədiyini deyib

Portuqaliya yığmasının və “Real Madrid” klubunun ulduz futbolçusu Kriştiano Ronaldo Avropa Çempionatının 1/8 final mərhələsində Xorvatiya qalib gəldikdən sonra sevinmədiyini deyib.
ANS PRESS-in məlumatına görə, portuqaliyalı matç bitdikdən sonra klub yoldaşı Luka Modriçə təsəlli verdiyini deyib.
“Əlbəttə mən çox şadam ki, Xorvatiyaya qalib gəldik. Amma mən meydanda qələbəni bayram edə bilməzdim çünki mənim qardaşım Luka Modriç ağlıyırdı. Ona təsəlli verməyə mənim borcum idi”.
Xorvatiya millisi 1/8 final mərhələsində Portuqaliya yığması ilə qarşılaşıb. Luka Modriçin komandası portuqallara minimal hesab ilə məğlub olub.
Matçın artırma vaxtlarında Ronaldonun köməyi ilə Quarejma fərqlənib.  Nəticədə Portuqaliya qalib gələrək ¼ final mərhələsində Polşa millisi ilə qarşılaşacaq.