Ronaldodan daha bir örnək addım - OTELLƏRİNİ XƏSTƏXANAYA ÇEVİRİR VƏ...

Baxış sayı:
3487

"Yuventus"un ulduz futbolçusu Kriştiano Ronaldo vətəni Portuqaliyada ona məxsus otelləri koronavirusla mübarizə aparmaq üçün xəstəxanalara çevirir.

“Marca” xəbər verir ki, həmin xəstəxanalardan pulsuz istifadə etmək mümkün olacaq. Futbolçu orada işləyəcək həkim və işçilərin maaşını da özü verəcək.

Qeyd edək ki, “Yuventus”lu Daniele Ruqanidə koronavirus aşkar edildikdən sonra Ronaldo Portuqaliyada karantindədir.