​Ronaldo xəstəxanaya yerləşdirildi

Baxış sayı:
2242

Braziliya millisinin sabiq hücumçusu Ronaldo pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Muxalifet.az-ın yaydığı xəbərə görə, hadisə bu həftənin cümə günü 41 yaşlı braziliyalı İbitsa adasında dincələrkən baş verib. Həkimlər Ronaldoda pnevmoniyanın inkişaf etdiyini bildiriblər.
Bu səbəbdən ikiqat dünya çempionu müalicə olunması üçün xəstəxanaya aparılıb.