RONALDO: Rusiya mənə həmişə uğur gətirir

2018-ci ildə keçiriləcək fubol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək Rusiya mənə həmişə uğur gətirib.
Bu barədə “Real Madrid” klubunun hüçumcusu portuqaliyalı Kriştiano Ronaldo danışıb.
“Mən Rusiyada dəfələrlə oynamışam. Məhz Moskvada ilk dəfə Çempionlar Liqasının qalibi olmuşam. Rusiya mənə uğur gətirib. Sonuncu dəfə bəxtimiz gətirməyərək Konfederasiyalar Kubokunu qazana bilmədik. Ümumiyyətlə isə maraqlı və faydalı bir təcrübə oldu. Yarımfinalda 11 metrlik cərimə zərbələri ilə Çiliyə məğlub olduq, lakin bu zərbələr hər zaman bir lotereyadır”, - Ronaldo deyib.
Qeyd edək ki, FİFA “Real Madrid” klubunun portuqaliyalı hücumçusu Kristiano Ronaldonu ilin ən yaxşısı futbolçusu adına layiq görüb.