Ronaldo onu "Yuventus"dan göndərdi

Baxış sayı:
838

İtaliyanın "Yuventus" klubunun futbolçusu Stefano Sturaro klubunu dəyişib.

Muxalifet.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Portuqaliya təmsilçisi "Sportinq"də davam etdirəcək.

O, icarə əsasında Portuqaliya komandasının formasını geyinəcək. Bu barədə futbolçunun agenti məlumat verib.

Sturaro özünü başqa ölkədə də sınamaq istəyib. Lakin onun yeni komanda yoldaşı Kriştiano Ronaldo "Sportinq"ə keçməyi tövsiyə edib.

Qeyd edək ki, Sturaro 2014-cü ildən "Yuventus"da çıxış edib. Ronaldo isə “Sportinq”in yetirməsidir.