​Ronaldo 4-cü dəfə ata oldu - FOTO

"Real"ın və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo dördüncü dəfə ata olub.
Muxalifet.az xəbər verir ki, bu barədə dünyanın ən yaxşı oyunçusu şəxsi "İnstagram"ında paylaşım edib.
Yeni doğulan qıza Alana Martina adı verilib. Onu Ronaldonun sevgilisi Corcina Rodriges dünyaya gətirib.
Qeyd edək ki, Kriştianu Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianunun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda həyata göz açıblar(publika.az).