Ronaldinyonun həbsxana görüntüsü yayıldı - FOTO

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun Paraqvay həbsxanasından ilk görüntüsü yayılıb.

Ötənlərin məşhur hücumçusunun fotosunu yerli jurnalist Ernan Rodriges şəxsi "Twitter" səhifəsində paylaşıb.

Ronaldinyo və qardaşı Roberto de Assis Moreyra Asunsyon hava limanında saxta pasport təqdim edib. Martın 5-də Paraqvayın baş prokuroru "sambaçılar"ın həbsinə dair order verib. Lakin ertəsi gün sabiq futbolçu azadlığa çıxıb. Lakin bir neçə saat sonra Ronaldinyo baş prokurorluğun sorğusu əsasında yenidən saxlanılıb. Məhkəmə onun həbsinin 6 ay uzadılmasını qərara alıb.

Qeyd edək ki, Ronaldinyo Avropada Fransanın PSJ, İspaniyanın "Barselona" və İtaliyanın "Milan" klublarındakı çıxışı ilə tanınıb. O, Braziliya komandalarının da formasını geyinib.