​Ronaldinyo və Fiqu yenidən futbolda - ƏFSANƏLƏR QAYIDIR

Baxış sayı:
2365

Aprelin 21-də İsveçrənin Cenevrə şəhərində BMT və UEFA-nın təşkilatçılığı ilə baş tutacaq xeyriyyə matçı üçün heyətlər müəyyənləşib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
“Stade de Ceneve” arenasında baş tutacaq görüşdə “Fiqu və onun dostları” ilə “Ronaldinyo və onun dostları” komandaları qarşılaşacaq.
Fransalı Didye Deşamın baş məşqçisi olacağı “Fiqu və onun dostlar” komandasının heyətində Luiş Fiqu, Dida, Vitor Bayya, Miçel Salqado, Frank de Bur, Rio Ferdinand, Kristian Kivu, Deyan Stankoviç, Rober Pires, Yari Litmanen, Kristian Karambö, Andrea Pirlo, Raul Qonzales, Robbi Kin, Kelli Smit və Nunu Qomeş yer alacaq.
İtaliyalı Karlo Ançelottinin rəhbərlik edəcəyi “Ronaldinyo və onun dostları” komandasına isə Ronaldinyo, Devid Ceyms, Antonios Nikopolidis, Culiano Belletti, Kafu, Edmilson, Keysi Stouni, Erik Abidal, Maykl Essien, Yuri Corkayeff, Qaiska Mendyeta, Ronald de Bur, Henrik Larsson, Aleksandr Frey, Patrik Klüvert və Seliya Şaşiç daxil edilib.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.