​Roma Papasına Arakan qadağası

Myanmada səfərdə olan Roma Papası Fransiskə Myanma Katolik Kilsəsi və buddist qrupları Arakan böhranına görə “arakanlı” ifadəsini işlətməməsi haqqında xəbərdarlıq ediblər.
Muxalifet.az xəbər verir ki, Myanma Baş Qərargah rəsi Papa ilə görüşdə “Myanmada dini ayrı-seçkilik yoxdur” sözlərini deyib. Myanma Katolik Kilsəsi ölkədə rəsmi olaraq tanınan bir azlıq olmadığını bildirərək, bu ifadənin işlənməsini istəməyib. Həmçinin ölkənin aparıcı buddist qrupu da Papaya islamdan danışmağın problem olmadığını, lakin “arakanlı” sözünün işlənməsinin qəbuledilməz olduğunu bildirib.