​Roma Papası Vatikanın gizli arxivlərini açmağa söz verib

Baxış sayı:
8548

Roma Papası Fransisk Papa XII Piyin dövründən etibarən Vatikanın gizli arxivlərini açacağını bildirib.
Bu barədə Muxalifet.az "Reuters"ə istinadən xəbər verir.
Qeyd olunur ki, yəhudilərin çoxu Papa XII Piyin Holokosta göz yumduğunu iddia edir, buna görə də Papa Fransisk Vatikanın gizli məlumatlarını açıqlamağa qərar verib.
Papa Fransiskin sözlərinə görə, arxivlər 2020-ci il martın 2-də açılacaq.
XII Piy 1939-cu ildən 1958-ci ilə qədər Papa olub.