​Roma Papası ölüm hökmünə qarşı çıxdı

Baxış sayı:
3757

Roma Papası I Fransisk ölüm hökmünə qarşı çıxıb.
Modern.az The New York Times  nəşrinə istinadən xəbər verir ki, Papa ölüm hökmünü insan ləyaqətinə “hücum” adlandırıb.
Fransis bu hökmü bütün hallarda “qəbuledilməz” hesab edib və bunun ləğvi üçün kilsənin böyük səylə çalışacağını bildirib.
O bu barədə Roma Katolik Kilsəsinin Katexizminə, doktrina kitabına dəyişiklik edilməsi haqda təlimat verib.
Qeyd edək ki, bu hadisə katolik təlimində böyük dəyişikliyə səbəb olacaq. Hazırda bütün dünyada 1,2 milyard üzv kilsələrdə bu kitabdan katolik təlimi keçir. Bu vaxta kimi bu doktrinada həyatları qorumaq üçün ölüm hökmü “yeganə praktik yol” kimi qəbul edilirdi. Bu vaxta kimi katolik siyasətçilər, hakim və vəzifəlilər bu doktrinaya söykənərək ölüm hökmünü müdafiə edirdilər.