Roma Papası Maduronun təklifini qəbul etdi

Baxış sayı:
6028

 Katoliklərin ruhani lideri və Vatikan dövlətinin başçısı Papa Frensis ona məktub göndərərək müxalifətlə dialoqa girməsi üçün yardım etməsini istəyən Venesuela dövlət başçısı Nikola Maduronun istəyinə müsbət cavab verib. Papa Venesuelada "hər iki tərəfin istəməsi şərtilə" vasitəçilik etmək istədiyini açıqlayıb.
 
Qeyd edək ki, Maduro Xuan Guaidonu Venesuelanın "müvəqqəti prezidenti" kimi tanımaqdan yayınan Papanın cavabının müsbət olacağına ümid etdiyini söyləmişdi.
 
BİZ HAZIRIQ
 
 Maduronun istəyinə cavab verən Papa, Abi Dabidən Romaya qayıdarkən təyyarədə, "Hər iki tərəfin istəməsi şərtilə biz hər zaman hazırıq" deyib.
Papa Frensis Venesueladakı gərgin siyasi qarşıdurmaya sülh bir həll yolu göstərmək istəyini həm Maduroya, həm də Guaidoya çatdırıb.
Müxalifət.az