Roma Papası ilk dəfə Ərəbistana gəlib – Onu 1 milyon katolik qarşılayıb

Baxış sayı:
2170

Roma Papası Fransisk bazar günü Birləşmiş Ərəb Əmirliklərinə ilk səfərinə başlayır.
 
Bu, həmçinin katolik kilsəsi rəhbərinin Ərəbistan yarımadasına ilk səfəridir. “Interfax” agentliyi xəbər verir ki, Roma Papası Əbu-Dabinin vəliəhdi Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvətinə əsasən konfessiyalararası konfransda iştirak edəcək. Fransisk 120 min insanın onu gözlədiyi messa keçirəcək. Bundan başqa, Papa Al-Ajar məscidinin Şeyxi Əhməd Al-Tayeblə görüşəcək.
 
Birləşmiş Ərəb Əmirliklərində bir milyonadək katolik yaşayır. Onların çoxu Hindistandan və Filippindən gəlib.