“Roma Papası Frensis kafirdir, sürgün edin” - Bir qrup Yepiskop

Baxış sayı:
6931

Bir qrup Katolik Yepiskop Vatikana 20 səhifəlik bir məktub yazaraq təcavüz, zorakılıq, abort və homoseksualizmə qarşı durmayan Papanın sürgün elan edilməsini istəyib.
 
Katolik dünyası bir qrup Yepiskopun Papa Frensisin sürgün olunmasını tələb edilməsi ilə çalxalanır.
Papanı təcavüz, zorakılıq, abort və homoseksualizmə qarşı kifayət qədər sərt bəyanatlar verməmək, Protestant və Müsəlmanlara qarşı çox yumşaq olmaqla günahlandıran keşiş və alimlərdən ibarət 19 nəfərlik Yepiskop qrupu, Katolik Kilsəsinin "tarixinin ən ağır böhranlarından birinin yaşanmasına daha çox dayana bilməyəcəyi üçün bu yola əl atdıqlarını" açıqlayıb. 20 səhifəlik açıq məktubu dərc etdirən qrupun ən tanınan şəxsi 70 yaşlı ingilis keşiş Aidan Nikolsdur.
Tez-tez Papa Frensisə yönəlik tənqidləri dərc etdirməsi ilə tanınan “Lifesitenews” adlı internet saytında yayımlanan məktubda, Yepiskoplara müraciət edilərək Papanın dövlətə açıq bir şəkildə kafir elan edilməsi tələb olunur.
 
Tələb ciddiyə alınmaz
 
 Bir kilsə üzvünün sürgün edilib edilməyəcəyinə Vatikanın nəzdindəki İnanc Doktrinası Komitəsi qərar verir. Katolik dünyasının geniş bir kütləsinin Papa Frensis və fikirlərini dəstəklədiyi, əks fikirlərin isə çox kiçik bir azlığı təşkil etdiyi, buna görə də tələbin ciddi qəbul olunmayacağı qeyd edilir.
Müxalifət.az