Roma Papası: “Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izləyirəm”

Baxış sayı:
1333

Roma Papası Fransisk Cənubi Qafqazdakı vəziyyəti diqqətlə izlədiyini açıqlayıb. “Moskva-Bakı” portalının məlumatına görə, Papa Fransisk bu barədə Vatikanda akkreditə olunan diplomatik korpus rəhbərləri qarşısında çıxışı zamanı deyib.

“Mən Cənubi Qafqazdakı vəziyyəti xüsusi diqqətlə izləyirəm”, - Roma Papası qeyd edib.

Onun sözlərinə görə, közərməyə davam edən münaqişələr bütün regionda sabitlik və təhlükəsizliyi pozur.

“Hazırkı dövrdə dinlərarası dialoq xalqların və mədəniyyətlərin qovuşması üçün vacib komponent sayılır”, - Roma Papası vurğulayıb.