​Rokfellerlə bağlı ŞOK ETİRAFLAR: “İsrail dövlətini qura bilmək üçün Hitlerə ehtiyacımız vardı” – III yazı

Dünya maliyyə nəhəngləri özlərinin siyasi və iqtisadi (silah, tibb ləvazimatları və s. satmaq məqsədilə) maraqları üçün müharibə atəşləri qalayır, müharibə bitdikdən sonra isə ölkələrin dirçəlməsi üçün kreditlər verərək gəlirlərini qatbaqat artırırlar.
Con Rokfeller tarixdə ən zəngin insanlar siyahısında birinci pillədə qərarlaşıb. 1937-ci ildə, 97 yaşında dünyasını dəyişərkən 1,4 milyard dəyərində sərvət miras qoydu - inflyasiya nəzərə alınmaqla bu sərvəti 2007-ci ilin valyutasına çevirdikdə - 318 milyard dollara bərabər olur, halbuki həmin ilin ən varlı adamı olan Bill Qeytsin sərvəti 50 milyard dollara yaxın idi. Con Rokfellerin ailəsi dünya siyasətini idarə edən qüvvələrdən hesab edilir. 
“Stat-oyl” şirkətinin sahibi olan ailə II Dünya müharibəsində silah və yanacaq satışından, müharibə bitdikdən sonra isə şəhərlərin bərpasından milyonlar qazanır. Rokfeller nəslindən olan bankir Devid Rokfeller hazırda 102 yaşındadır və qloballaşdırma hərəkatının liderlərindən sayılır. 

Hurriyyet.org xəbər verir ki, Türkiyənin “Komplohaber.com” saytında “Amerikalı yəhudi bankir Rokfellerdən əsrin etirafı...Türkiyə üzərində oynanılan kirli oyunlar!” başlıqlı məqalə dərc edilib (materialın I və II hissəsələrini bu ünvanlardan oxuya bilərsiniz - http://hurriyyet.org/18869-rokfellerden-shok-etraflar-turkye-yazi.html  http://hurriyyet.org/18939-rokfellerden-shok-etraflar-turkye-yazi.html).
Materialın diqqətinizə çatdırdığımız üçüncü hissəsindəki etiraflar əsasən, II Dünya müharibəsi ilə bağlıdır və Rokfellerlər qədər zəngin olan Rotşildin dilindən verilir. Əvvəlcə Rotşildlərin kimlyi barədə öyrənək.
İkinci dünya müharibəsindən danışarkən qeyd eləmək lazımdır ki, Hitler hərbi iqtisadiyyat, ilk növbədə neft və neft məhsulları və ən başlıcası, benzin sarıdan Rokfellerlərdən tam asılı idi. Hitler ilə Rokfellerin əlaqəsini sübut edən faktlardan biri Hitleri hakimiyyətə gətirən adamların Amerika Birləşmiş Ştatlarından olan Allen və Con Foster Dallaslar – Rokfeller qardaşlarının kuzenləri olması idi.
Maraqlıdır ki, Rokfellerlər həm faşistləri, həm də sovet sənayeləşdirilməsini bərabər şəkildə dəstəkləyirdilər. Əbədi rəqibləri Rotşildlərdən fərqli,onların Londondan idarə edilən “parlaq izolyasiya” balansına ehtiyacları yox idi, onlara vahid Avrasiyanın və orada olan neftin hamısı lazım idi. Ziddiyyətli olsa da, fanatik ideologiyalarına görə qitənin potensial liderləri olaraq, onlar kimin qalib gəlməsindən asılı olmayaraq, həm Hitleri, həm də Stalini görürdülər. Bu liderlər onları şəxsi, daimi nəzarətində olmalı idilər (ABŞ-a meydan oxumamaq üçün bu iki ölkəni müharibə vəziyyətinə gətirmək lazım idi).
Bundan savayı, 1920-ci illərdə Bakı neftindən pay almış Rokfellerlər artıq Hitlerin əli ilə onu tamamilə ələ keçirmək istəyirdilər, lakin Stalinqrad döyüşü onların hesablarını korladı. 
Rokfellerlər ilk növbədə neft xanədanlığı idilərsə, Rotşildlər üçün ən əsası – “qızıl” və digər bahalı metallar idi. Bu, onların əsas fəaliyyət və nəzarət sahələridir. Buna görə də Rotşildlər dolları qızılla əvəzləməyi qarşılarına məqsəd qoymuşdular. Bunun üçün əsas yol isə - qızılın qiymətidir. Qızılın qiymətini isə bazarla deyil, siyasi yolla təyin edirlər. 1940-cı illərin ortalarından başlayaraq, gündə iki dəfə Londonun qiymətli metallar assosiasiyası “fiksinqlər” aparır – burada Rotşildlərə məxsus “Rotşild və oğulları” bankının rəhbərliyi ilə beş bank iştirak edir. 
Beləliklə, görək Rotşild nə deyib:

Hitleri biz hakimiyyətə gətirdik, çünki buradakı yəhudilər İsrail dövlətini qurmağa kömək eləmədilər

İkinci Dünya Müharibəsinin də əsl səbəbi indi olduğu kimi dünyadan başlayan iqtisadi böhranlar idi; digər bir mühüm səbəbi isə diasporanın, yəni müqəddəs torpaqlardan kənarda yaşayan yəhudilərin, yeni İsrail dövlətini qurmağa kömək eləməmələri və bu ölkəyə qayıtmağı qəbul eləməmələri idi. Hitlerin olduğu mövqeyə gəlməsi və alman millətini sehrləməsi də bizim verdiyimizi maliyyə yardımları sayəsində mümkün olub. “Harriman”, “Qaranti” kimi Amerika nəhənglərinin, Almaniyanın polad kralı olan “Tissen”in maliyyə yardımları və “Tul” təşkilatının dəstəyi ilə Hitler dünya müharibəsini başladacaq gücə çatırdı. Bu iş üçün Hitler seçilmişdi, Çünki yəhudilərə nifrət edirdi. Səbəbi isə bu idi: ata nənəsi bir yəhudinin evində xidmətçi imiş, evin xanımı isə həmin yəhudinin xidmətçinin dünyaya gələcək övladının atası olduğundan xəbər tutanda Hitlerin nənəsini evdən qovub. Qadın qucağında Hitlerin atası ilə işsiz, küçələrdə qaldığı zaman, qatı katolik olan ata evinə geri qayıtmışdı. Hitler bu həqiqəti öyrəndikdən sonra ürəyində yəhudilərə qarşı kin bəsləməyə başlamışdı (baxmayaraq ki, damarlarından yəhudi qanı axırdı – red.). İsrail torpaqlarına geri dönməməkdə israr edən yəhudiləri qorxutmaq məqsədilə qətliam törədilməsinə icazə verildi. İndi eyni qətliam senarisi “erməni soyqırımı” adı altında türklərə qarşı təkrarlanır. Bir neçə erməninin öldürməsini (halbuki bu, qırğın yox, ikitərəfli döyüş olub – red.) dünyaya milyonlarla erməninin qətlə yetirildiyi barədə nağıl uyduraraq çatdırmağa çalışırlar. Bu yalançı “soyqırımı nağılı” türklərin boynuna qoyulacaq və beləliklə, Türkiyə yüz milyardlarla dollar təzminat ödəmək məcburiyyətində qalacaq. Bu isə Türkiyə iqtisadiyyatına böyük zərbə olacaq (eyni ssenari Sumqayıt hadisələrində də həyata keçirilmişdi – red.).

Atom bombası yəhudilərin də yaşadığı Almaniyaya atıla bilməzdi, bu səbəbdən Yaponiyaya tuşlandı

Almanlara nifrət edən o zamankı başçımızın Eynşteyni bir məsləhət məktubu ilə Amerika prezidenti Ruzveltin yanına göndərməsindən sonra, “Manhetten layihəsi” adı altında atom bombası hazırlamaq üzərində işə başlamış və qısa müddət ərzində nəticə əldə etmişdilər. Lakin bir problem var idi: bu bomba çox güclü idi və onu sınamaq üçün Amerika xalqın dəstəyi ilə müharibəyə başlamaq lazım idi. Bundan savayı, alman şəhərlərində çox sayda yəhudilər var idi; bu ölkəyə atom bombası atmaq olmazdı. Yaponlar qızışdırılıb meydana salındı və Amerikadakı dairələrin əvvəlcədən xəbərdar olmalarına baxmayaraq, xalqın duyğuları ilə oynayaraq, dəstəyini qazana bilmək üçün yüzlərlə Amerika əsgərinin ölməsi ilə nəticələnən “Perl-Harbor” basqınına göz yumuldu. Amerika əsgərlərinin ölümündən sonra Yaponiyaya hücum etməyə qarşı xalqın etirazı problemi də həll edilmiş oldu.

İsrail dövləti Rotşild ailəsinin səxavəti və varidatı hesabına quruldu

Və beləliklə, Böyük İsrail imperatorluğunun təməlini qoyan İsrail dövləti 1948-ci ildə, Rotşild ailəsinin səxavətli dəstəyi və varidatı hesabına quruldu. “Ordo Ab Chaos” – yəni, “əvvəlcə xaos, sonra sabitlik” planı yenə işə yaramışdı. Bununla yanaşı, müharibədə iflas edən ölkələrin iqtisadiyyatlarının dirçəlmələri üçün Harriman, Rokfeller, Vanderblit və Rotşild maliyyə təşkilatlarından aldıqları borc pullar da dövriyyəyə buraxılmışdı.