Rok qrup Trampın paylaşımını sildirdi

Baxış sayı:
1288

ABŞ prezidenti Donald Trampın Twitter-də paylaşdığı status müəllif hüquqlarını pozduğuna görə silinib.
Muxalifet.az xəbər verir ki, ABŞ prezidenti  konqresdə çıxışı zamanı demokratların onun çıxışına göstərdiyi reaksiyanı əks etdirən videoçarx paylaşıb. 
Videoçarxda R.E.M. rok qrupunun “Everybody Hurts” (Hamıya ağır ola bilər) adlı musiqi parçasından istifadə olunub.
Rok qrup prezidentin paylaşımına mənfi reaksiya göstərdiyinə görə, sosial şəbəkə Trampa qadağa qoyub.