​Robotların yemək bişirdiyi RESTORAN AÇILDI

Baxış sayı:
286

ABŞ-ın Boston şəhərində yemək hazırlanma prosesinin robotlar tərəfindən həyata keçirildiyi restoran açılıb.
Trend-in məlumatına görə, “Spyce” adı verilən restoranda əsasən salatlar təklif olunur.
Qeyd olunur ki, restoran Massaçusets Texnoloji İnstitutunun dörd tələbəsi tərəfindən açılıb. Gələcəkdə restoranın menyusunda daha çətin yemək növlərinin yer alacağı planlaşdırılır.