​“Robotlardan yox, kapitalizmdən qorxmaq lazımdır” - STİVEN HOKİNQ

Baxış sayı: 175

“Biz kapitalizmi yavaş-yavaş istirahətə göndərməli və yeni iqtisadi sistemə keçidə başlamalıyıq”
 
Hurriyyet.org xəbər verir ki, məşhur astrofizik alim, Stiven Hokinq bu sözləri iki il əvvəl “Reddit” istifadəçilərinin suallarına cavab verərkən deyib. O, robotlardan yox, kapitalizmdən qorxmaq lazım olduğunu söyləyib.
Sual belə idi: “Sizcə, texniki tərəqqi fonunda işsizlik artacaqmı? Avtomatik proseslərdə robotlar işləri insanlardan daha tez və ya ucuz gödəcəkləri təqdirdə böyük işsizlik mənzərəsi yaranacaqmı?”
Hokinq bu sualı belə cavablandırıb: “Hər şeyi maşınların edəcəyi təqdirdə, nəticə malların paylaşdırılmasından asılı olacaq. Maşınların yaratdıqları zənginlik bərabər bölüşdürülərsə, hamı möhtəşəm istirahətdən zövq ala bilər. Lakin, maşın sahibləri sərvətin paylaşdırılması qanununu öz xeyrlərinə çevirərlərsə, insanların əksəriyyətini dəhşətli səfalət gözləyər. Hələ ki, tendensiya ikinci variant istiqamətində gedir və texnologiyalar bərabərsizliyi daha da artırır”. 
Hokinqin bu sitatının dərc edildiyi “Huffington Post” qəzetinin saytında istifadəçilər alimin mövqeyini dəstəkləmişdilər: “Ona görə də, qlobal iqtisadiyyatda dəyişiklik eləmək lazımdır. Biz kapitalizmi yavaş-yavaş istirahətə göndərməli və yeni iqtisadi sistemə keçməyə başlamalıyıq...”
“Hokinq düz deyir - əslində vəziyyət, deyildiyindən də ağırdır. Gəlirlər belə paylaşdırılır – hər şey yuxarılara axır”.
“Stiven düz deyir. Kapitalizm yanar atəş kimidir, ona nəzarət eləmək lazımdır, yoxsa, ona toxunan hər şeyi udub məhv edəcək”.