"Roborace" avtomobili "Ginnesin Rekordlar Kitabı"na düşüb

Baxış sayı:
6098

"Ginnesin Rekordlar Kitabı"nın təmsilçiləri "Roborace" avtomobili tərəfindən avtonom pilotsuz avtomobillər üçün müəyyən edilən rekord sürəti rəsmi şəkildə təsdiq ediblər. Rekord saatda 282,42 kilometr təşkil edib.

Muxalifet.az AZƏRTAC-a istinadən bildirir ki, yürüşlər hələ bu il martın 21-də, Böyük Britaniyada Yorkşir qraflığındakı Elvinqton hərbi aerodromda yerləşən yürüş trasında təşkil edilmişdi. Maşın avtonom rejimdə iki istiqamətdə hərəkət edib: şərqdən qərbə 280,365 km/saat, qərbdən şərqə isə 284,492 km/saatadək. Bununla belə küləyin sürəti saatda 12,8 kilometr olub.

Rekordun təsviri 2020-ci il "Ginnessin Rekordlar Kitabı"nın robotlara həsr olunan xüsusi bölməsində yerləşdiriləcək. Gələcəkdə "Roborace" Formula E çempionatının dəstək seriyalarından biri olmalıdır.