​Robinyoya doqquz il həbs cəzası verilib

Braziliya yığmasının sabiq futbolçusu Robinyo Milan şəhər məhkəməsi tərəfindən qrup şəklində zorlamada iştiraka görə, qiyabi olaraq doqquz il azadlıqdan məhrum edilib.
Muxalifet.az RİA Novosti-yə istinadən xəbər verir ki, istintaqın versiyasına görə, albaniyalı qız 2013-cü ildə Milanda gecə klublarının birində təcavüzə məruz qalıb. Cinayətdə həmin vaxt Milan klubunda oynayan Robinyodan başqa onun beş dostu da iştirak edib.
Qeyd edək ki, hazırda 33 yaşlı hücumçu Braziliyanın “Atletiko Mineyro” klubunda çıxış edir. O, bu komandaya Çinin “Quançjou Everqrand” komandasından keçib. 
Futbolçu karyerası ərzində “Santos”, “Real”, “Milan”, “Mançester Siti” kimi komandaların formasını geyinib.