​Rəngli inqilaba imkan verməyəcəyəm - Miloş Zeman

Baxış sayı:
1018

Hakimiyyətdə olduğum müddət ərzində Çexiyada rəngli inqilaba imkan verməyəcəyəm.
Muxalifet.az xəbər verir ki, bunu "Mlada fronta dnes" qəzetinə müsahibəsində Çexiya Prezidenti Miloş Zeman deyib.
“Respublikanın taleyinin küçədə həll edilməsinə imkam verməyəcəyəm” – o bildirib.
Qeyd edək ki, bundan öncə Çexiya müxalifəti Praqada genişmiqyaslı aksiyalara başlayıb. Müxalifət Zemanı Çexiya ictimaiyyətini parçalamaqda ittiham edib.