​ "Riyad" Mühafizə Xidmətinin lisenziyası ləğv olunub? – AÇIQLAMA

Dünən mətbuatda "Riyad" Mühafizə Xidmətinin lisenziyası ləğv olunması barədə məlumat yayılmışdı. Məlumatda xidmətin fəaliyyət göstərmək hüququnun əlindən alındığı qeyd olunurdu.
Muxalifet.az xəbər verir ki, "Riyad" Mühafizə Xidmətinin mətbuat xidmətinin rəhbəri Fuad Mədətovun “Sputnik Azərbaycan”a verdiyi məlumata görə, yayılan məlumat tamamilə yanlışdır və mühafizə xidmətinin lisenziyası ləğv olunmayıb: "RMX-nin baş idarə rəisi Etibar Qasımov Daxili İşlər Nazirliyinə məktubla müraciət edərək, sözügedən qurumun adının dəyişdirilməsinə icazə istəyib. Lisenziya olduğu kimi qalıb, yalnız qurumun adı dəyişiləcək. Hazırda qurumun adı təsdiq olunmayıb. Yaxın günlərdə bu barədə də ictimaiyyətə ətraflı məlumat veriləcək".
F.Mədətov onu da qeyd edib ki, şirkət fəaliyyətini davam etdirir.