Rəisin qızının avtomobilini saxladı, cərimə yazdı – POLİSDƏN ÖRNƏK DAVRANIŞ

Baxış sayı:
586

Türkiyədə Təkirdağ Polis rəisi Mustafa Aydın, avtomobil idarə etdiyi zaman telefonla danışan qızını saxlayıb, cəza yazan yol polisini mükafatlandırıb.
 
Təkirdağ Polis İdarəsi Nəqliyyat Şöbəsində vəzifəli polis məmuru, idarənin rəisi Aydının qızı Gizem Aydın-ı nəqliyyatda naviqasiya vəziyyətində telefonla danışarkən görüb və maşını dayandırıb.
Polis məmuru Gizem Aydına, naviqasiya vəziyyətində cib telefonundan istifadə etdiyi üçün pul cəzası tətbiq edib.
 
POLİS MƏMURUNA MÜKAFAT
 
Polis rəisi Aydın, vəziyyətdən xəbərdar olduqdan sonra cəza kəsən polis məmurunu təqdirnamə ilə təltif edib.
Aydın, etdiyi açıqlamada, nəqliyyat qaydalarına hamının riayət etməsi lazım olduğunu bildirərək, "İlk öncə bizlər yol hərəkət qaydalarına riayət etməliyik. Daha sonra isə vətəndaşdan tabe olmasını gözləməliyik. Qızıma cəza yazan polisə təqdirnamə verdim. Yoldaşımız vəzifəsini yerinə yetirmişdir. Nəqliyyatı idarə edərkən telefonla danışmaq lazım deyil" deyib.
 Müxalifət.az