Rəis vəzifəsindən AZAD EDİLDİ

Baxış sayı:
8935

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyinin rəisi Elman Cəfərov vəzifəsindən azad edilib.
"Report"un əldə etdiyi məlumata görə, o, öz ərizəsi əsasında işdən çıxarılıb.
E.Cəfərov yeni işə keçməsi ilə əlaqədar olaraq Dövlət Əmək Müfəttişliyinin rəisi vəzifəsindən ayrılıb.
ƏƏSMN-nin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıblı məlumatı təsdiqləyib.