Ərini bıçaqlayaraq öldürmüş 30 yaşlı qadın azadlıqdan məhrum edildi - 11 İL MÜDDƏTİNƏ

Baxış sayı:
5662

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Xaçmaz rayon sakini, 30 yaşlı Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək Vüsalə Mirzəyevanın 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxs son söz söyləyərkən əməlindən peşman olduğunu deyib.

Hökmə əsasən, V.Mirzəyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyulun 3-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Şəhər sakini V.Mirzəyeva həyat yoldaşı Maarif Osmanov və onun anası Narxanım Osmanova ilə ailə münaqişəsi zəminində mübahisə edib. V.Mirzəyeva mübahisə nəticəsində mətbəx bıçağı ilə M.Osmanova döş qəfəsindən zərbələr endirib. M.Osmanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.