"ƏRİMİN TƏK SƏHVİ MƏNDƏN CAVAN OLMASIDIR" - Fransanın birinci xanımı

Baxış sayı: 268

Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron ilk dəfə müsahibə verib.
 
Birinci xanımın müsahibəsi "Elle" jurnalında yayımlanacaq.
Emmanuel ilə litsey müəllimi olduğu dövrdə tanış olan və Fransa prezidentindən 25 yaş böyük olan 64 yaşlı Bricit münasibətləri haqqında "Əgər sevgimizin ardınca getməsəydim həyatımı bərbad edərdim"-deyib.
Reportajda xanım Makron "Ərimin yeganə səhvi məndən cavan olmasıdır"-fikrini bildirib.
Emmanuelin ona prezident xanımı kimi hüquqi status qazandırmaq istəyi ilə bağlı suala Bricit bu status üçün maaş almayacağını qeyd edib. Xanım Makron rəsmi fəaliyyətlərinin internetdə yayımlanacağını deyib və "Məndən əvvəlki birinci xanımlar kimi dövlət vəzifəmi icra edəcəm, amma bunu necə etdiyimi Fransa xalqı izləyəcək"-deyə qeyd edib.