Riberi yaddan çıxdı, hamı tərcüməçisindən danışdı - FOTO

Baxış sayı:
4464

Bir neçə gün əvvəl "Fiorentina" ilə müqavilə bağlayan Frank Riberinin Florensiyada keçirdiyi ilk mətbuat konfransı onun tərcüməçisini gündəmə gətirib.

Muxalifet.az Fanat.az-a istinadən xəbər verir ki, Alesiya Enrikes adlı xanım tərcüməçi bütün diqqətləri üzərinə çəkib. Canlı yayımlanan mətbuat konfransından sonra Alesiya geniş müzakirələrə səbəb olub.

Hətta məşhur "La Gazzetta dello Sport" qəzetinin saytında onunla bağlı yerləşdirilmiş xəbər günün ən çox oxunanı olub.

Qeyd edək ki, Alesiya əvvəllər "Sassuolo", "Latsio", "Atalanta", "Marsel" kimi klublarda işləyib, Canluici Buffon, Mario Balotelli kimi ulduz futbolçuların tərcüməçisi olub.