​"RİA Novosti"nin baş redaktoru həbs edildi

Baxış sayı:
7810

Ukrayna Xerson vilayət məhkəməsi bir müddət əvvəl saxlanılan “RİA Novosti”nin Ukrayna bürosunun baş redaktoru Kirill Vışinskinin 2 ay müddətinə həbs edilməsi ilə bağlı qərar verib.
Muxalifet.az xəbər verir ki, baş redaktorun vəkili həbs cəzasını digər bir cəza növü ilə əvəzlənməsini istəsə də, hakim onun bu xahişini nəzərə almayıb.
Qeyd edək ki, dünən Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə "Rusiya bu gün" beynəlxalq informasiya agentliyi nəzdində fəaliyyət göstərən "RİA Novosti"nin Ukrayna ofisində axtarış aparıb və baş redaktor Kirill Vışinski nəzarət altına alınmışdı.