Əri tərəfindən döyülən qadın özünü binadan atdı - BAKIDA

Baxış sayı:
2661

Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

Hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb. 

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb. 

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır./apa/