Əri ilə sevgilisini mikroavtobusda çılpaq vəziyyətdə yaxaladı – VİDEO

Baxış sayı:
1234

İyulun 8-də İstanbulun mərkəzində qadın ona xəyanət edən hyat yoldaşını “cinayət başında” yaxalayıb.

Publika.az Demirören xəbər agentliyinə istinadən xəbər verir ki, Uğur Mumcu məhəlləsində yaşayan K.K ərinin ona xəyanətindən şübhələnib və onu izləyib. Daha sonra ərinə məxsus mikroavtobusun yaxınlıqdakı məhəllələrdən birində olduğunu öyrənən qadın əraziyə gəlib.

Bu zaman o, tüd rəngli plyonka ilə örtülmüş nəqliyyat vasitəsinin salonunda ərinin sevgilisi ilə yarıçılpaq halda olduğunu görüb.

Qadın maşının qapısını açmağa çalışsa da, buna nail ola bilməyib və qapını təpikləməyə başlayıb. Mikroavtobusun qapısını açmağa məcbur olan kişi həyat yoldaşını sakitləşdirə bilmədiyini görərək polisə müraciət edib.

Hadisə vaxtı ərini döyən qadın onun sevgilisinə də zərbələr endirib. Onlar polis şöbəsinə aparılıblar.