​Əri həbsdə olan qadın iki azyaşlı körpəsini ataraq evdən qaçıb

Baxış sayı:
2086

Kürdəmir rayonunda iki uşaq anası evdən qaçıb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qarabucaq kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini Leyla Həsənova 2 azyaşlı uşağını evdə qoyaraq qaçıb. Onun nəyə görə və ya kiminlə qaçması barədə hələlik məlumat yoxdu.
Qadının evdən qaçması ilə bağlı onun yaxınları tərəfindən Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət olunub.
Qeyd edək ki, L.Həsənovanın əri Vasif Asif oğlu Həsənov Gürcüstan Respulikasında həbsdədir.
Faktla bağlı araşdırma aparılır.