Rəhim Qazıyevin küçədə başını yardılar – POLİSDƏN AÇIQLAMA / Yenilənib

Baxış sayı:
3484

Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Muxalifet.az bildirir ki, bu barədə jurnalistlərə Bakı Şəhər Baş Polis İdarəsi Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var: “Hazırda araşdırmalar davam etdirilir”.

Xatırladaq ki, Rəhim Qazıyev bu ilin fevral ayında keçmiş kürəkəni Ramiz Əzizov tərəfindən döyülmüşdü. O vaxt qeyd edildi ki, R.Qazıyevin qızı Şəbnəm Əzizovdan boşanmaq qərarına gəldikdən sonra, sonucu Qazıyevlər ailəsinin üzvlərinə təcavüz etməyə başlayıb. Hətta ondan əvvəl keçmiş kürəkən Qazıyevin başqa bir qızının avtomobilinin təkərlərini öz evinin qarşısında bıçaqla deşmiş və üstəlik, evlərinə gələrək giriş qapılarını sındırmışdı.

***

Sabiq müdafiə naziri Rəhim Qazıyev küçədə döyülüb.

Muxalifet.az modern.az-a istinadən xəbər verir ki, sabiq nazir Rəhim Qazıyevi küçədə vurub qaçıblar. O, başından yaralanıb. Vətəndaşlar ona yardım göstərib, polisə və təcili yardıma müraciət edib.

Rəhim Qazıyevi küçədə döydülər- FOTOLAR 

Rəhim Qazıyevi küçədə döydülər- FOTOLAR