Reynmendən özündən 30 yaş kiçik gözəllə sevgili olan ACUNA AĞIR SÖZLƏR

Baxış sayı:
4598

“Bəzən aralarında 20-30 yaş fərqi olan münasibətlər görürəm. Məsum deyil, xəstəlikdir”.

Publika.az xəbər verir ki, bu sözləri instaqramda 7 milyona yaxın izləyicisi olan türkiyəli müğənni Reynmen yazıb. Müğənni qadın-kişi münasibətlərində böyük yaş fərqini qəbul etmədiyini açıq şəkildə bildirib.

“Xoşuma gəlmir, görmək istəmədiyim səhnələr görürəm. Ətrafımda o qədər çoxdur ki...” , - deyə ulduz sözlərinə əlavə edib.

İddia olunur ki, yaraşıqlı müğənni bu sözləri ilə özündən 20 yaş kiçik həyat yoldaşı Şeyma Subaşıdan boşandıqdan sonra 30 yaş kiçik Çağla Altunkaya ilə görüşməyə başlayan Acun Ilıcalıya işarə edib.