Reyhanlıdakı terror partlayışının hədəfi bəlli oldu

Baxış sayı:
1555

Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda dünən saat 13.00 radələrində, İcra Hakimiyyəti binasına 700 metr uzaqlıqda, hərəkətdə olan avtomobildə partlayış meydana gəlib. Polislər ətraf təhlükəsizliyi ilə bağlı tədbir görərkən, xilasetmə qrupları da yanğını söndürüb. Avtomobilin içindəki 3 Suriyalı yanaraq ölüb.
 
Avtomobilin içərisindəki yaralanan digər bir adam da xəstəxanada ölüb. Partlayışda avtomobilin mühərrikinin 60 metr uzaqlığa atıldığı təsbit edilib. Ölən Suriyalıların hədəfinin partlayışın meydana gəldiyi yerin 50 metr uzaqlığındakı Fateh Sultan Mehmet Məscidində cümə namazından çıxanlar olduğu iddia edilib. İddiaya görə, bomba yüklü olan avtomobildəki partlayıcı zaman ayarlı olub. Bombanın Məscidə az qalmış partlaması böyük qətliamın qarşısını alıb. Terror partlayışı ilə bağlı araşdırmalar aparılır.
Müxalifət.az