​"Reyder" Rusiyanı İFLİC EDƏCƏK: ABŞ-dan ÖLDÜRÜCÜ HƏMLƏ

Amerikanın yeni ağır strateji B-21 super bombardmançısı Birləşdirilmiş Ştatlara yalnız havada dünya hökmranlığını təmin etməyəcək, həm də Rusiyanın hava hücumundan müdafiə sistemini keçməsinə imkan verəcək.
Muxalifət.az
 xəbər verir ki, bu haqda Almaniyanın “Stern” nəşrinin hərbi müşahidəçisi Qernot Kramper yazıb.
Məqalənin müəllifi qeyd edir ki, son zamanlar havada Amerikanın üstünlüyü Rusiyanın S-400 kimi hava hücumundan müdafiə sistemlərinə görə şübhə altına düşmüşdü. Onun sözlərinə görə, B-21 bombardmançıları bu problemin öhdəsindən gələcək.
 
Kramper qeyd edir ki, bombardmançının hazırlanması ən ciddi məxfilik şəraitində həyata keçirilir. Onun sözlərinə görə, B-21 Yer kürəsində istənilən nöqtəsində müəyyən edilmiş obyektə istənilən vaxt zərbə vurmağa qadir olmalıdır.
“Göründüyü kimi, yeni Amerika bombardmançısının istehsalçıları “stels” (Stels texnologiyası hava döyüş maşınlarını, gəmiləri, sualtıgəmiləri, raketləri, peykləri və hərbçiləri düşmən üçün daha az görünən etmək taktikaları toplusudur. Stels texnologiyaları əsasən radarlar, infraqırmızı radarlar və sonar radarlara qarşı nəzərdə tutulur –red.) texnologiyasında sıçrayışa nail olmağı bacarıblar. Pentaqon “radarlara qarşı bombardmançılar” qarşıdurmasında yeni B-21-nin sayəsində yenidən havada üstünlüyü təmin etməlidir. İstənilən radarın onu qeydə alması son dərəcə çətin olacaq", - məqalənin müəllifi vurğulayıb.
 
Alman jurnalının müşahidəçisi bildirir ki, yeni Amerika super bombardmançısı artıq “reyder” (Raider) ləqəbini alıb. ABŞ-ın Hərbi-Hava Qüvvələrinin silahlanmasına 2020-ci illərin ortalarında 80-dən 100-ə qədər B-21 daxil edilməlidir. /publika/