Restoranlar şəbəkəsinin sahibi 1 balığı 3,1 milyon dollara aldı

Baxış sayı:
1936

Yaponiyada "Tuna kralı" adı ilə tanınan restoranlar şəbəkəsinin sahibi Kiyoşi Kimura Tokio hərracında tuna balığına rekord məbləğ təşkil edən 3,1 mln dollar ödəyib.

İlin ilk hərracında satılan balığın çəkisi 278 kiloqramdır.

Yeni rekord ötən ilin rekordunu təxminən iki dəfə üstələyir.