Restoranda dava: 2 güləşçi güllələndi

Baxış sayı:
3094

Türkiyənin Antalya şəhərində iki güləşçi odlu silahdan açılan atəş nəticəsində yaralanıb.
Muxalifet.az Türkiyə KİV-inə istinadla xəbər verir ki, Muradpaşa mahalında restoranların birində mübahisə zəminində 21 yaşlı güləşçi Mehmət Əli Ovçu vurulub. Restoranda olan daha bir güləşçi Hakkı Aygün də hadisəyə müdaxilə etməyə çalışarkən güllə yarası alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb, vəziyyətlərinin kafi olduğu bildirilir. Şübhəli şəxs saxlanılıb.